ABŞ Senatının komitəsi ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliklə bağlı dinləmələr keçirib
14 İyun 2023
Çərşənbə axşamı ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ABŞ prezidenti Co Baydenin Azərbaycanda səfir vəzifəsinə namizəd irəli sürməsilə bağlı dinləmələr keçirib, Turan-ın Vaşinqton müxbiri bildirib. Əgər təsdiqlənərsə, komitə karyeralı diplomat Mark Libbinin bütün Senat tərəfindən təqdir edilməsi üçün yolu açacaq.
Çərşənbə axşamı digər diplomatlarla birlikdə Libbi ABŞ-ın Azərbaycan, Cibuti, Malayziya Və Palau kimi ölkələrdəki diplomatik missiyalarına rəhbərlik etmək səlahiyyətlərinin yoxlanılması ilə bağlı dinləmələr zamanı senatorların suallarını cavablandırıb.
Dinləmələr zamanı Libbi deyib ki, əgər təsdiqlənərsə, ABŞ-ın Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülh sazişini təşviq etmək səylərini dəstəkləyəcək.
"Bu faciəli münaqişə ancaq acı ağrını və inamsızlığı miras qoydu", - o deyib.
Onun sözlərinə görə, ərazi bütövlüyü, suverenlik, region sakinlərinin, o cümlədən Dağlıq Qarabağda yaşayanların hüquq və təhlükəsizliyi məsələlərinin həlli "istənilən möhkəm və layiqli sülh üçün vacibdir".
"Bu münaqişənin hərbi yolla həlli yoxdur və ABŞ zorakılığı və ya zorakılıqla bağlı təhdidləri pisləməyə davam etməlidir. Amma Birləşmiş Ştatların və bizim avropalı tərəfdaşlarımızın köməyilə tərəflər razılığa gəlməyə hər zamankindən daha çox yaxındır və əgər məni təsdiq etsələr, Bakıda fəal və israrlı iş sayəsində bu məsələdə onlara kömək etməyi öhdəmə götürürəm", - Libbi davam edib.
Onun sözlərinə görə, sülh sazişinin imzalanması "hələ ilk addımdır". "Məni təsdiqləsələr, mümkün nizamlanmanın həyata keçirilməsini dəstəkləmək üçün Bakıdakı səfirliyin idarələrarası qrupuna rəhbərlik edəcəyəm",- o deyib.
Libbinin fikrincə, sülh sazişinin uğurla həyata keçirilməsi “ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə yol açacaq” ki, bu da bölgəni sabitləşdirəcək və "münaqişədən faydalanaraq öz zərərli təsirlərini genişləndirməyə çalışan" rəqiblərin meydana çıxmasının qarşısını alacaq.
Diplomat qeyd edib ki, sülh sazişi Vaşinqton və Bakıya münasibətləri, xüsusən də terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahələrində əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək ki, bu da ABŞ-ın milli təhlükəsizliyinə xidmət edir.
"Təsdiqlənərsəm, bu sahələrdə səylərimizi ikiqat artıracağam", - o deyib.
Libbi üçün insan hüquqları sahəsində demokratiya ABŞ-ın xarici siyasətinin əsasını təşkil edir. “Təkcə ona görə yox ki, bizim dəyərlərimizi əks etdirir, həm də ona görə ki, onlar sülh və firavanlıq üçün ən yaxşı əsasdır”, - o deyib.
"Əgər təsdiqlənərsəm, Azərbaycan liderləri və vətəndaşlarının geniş dairəsilə hörmətli, lakin çox açıq dialoq aparmağı və bu dəyərləri, hüquq və azadlıqları Azərbaycanda, ümumilikdə regionda müdafiə etməyi öhdəmə götürürəm", - o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri postu bir ildir ki, vakantdır.