Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: Rusiya qoşunlarının Donbasdan çıxarılmasına dəstək verəcəyik


“Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarını ölkənin şərqindən sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoysa, ABŞ bu işdə Kiyevə dəstək verəcək”.


Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin 26-sı Senatın beynəlxalq əlaqələr komitəsində keçirilən dinləmədə bəyan edib.









Dövlət katibi bildirib ki, Ukrayna suveren, müstəqil, demokratik ölkə kimi belə bir hədəf seçsə, Vaşinqtonun bu məsələdə də dəstəyini qazanacaq.

Ukraynanın şərqi – Donbas bölgəsinin bir hissəsi 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində isə iki separatçı rejim qurub.

2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb.