Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ prezidentliyinə namizəd: "Ukraynaya ordu göndərməmək üçün silah verməliyik"

“ABŞ Ukraynaya ordu göndərməmək üçün yeni yardım paketini təsdiqləməlidir”.

Bunu ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi irəli sürən Nikki Heyli “ABC” telekanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşun istəmir, Kiyev bu münaqişədə qalib gəlmək üçün sadəcə texnika və sursat istəyir.

“Onların çoxlu döyüş gücü var, biz onlara lazım olanı verməliyik ki, qələbə qazana bilsinlər ki, hər hansı bir qoşunumuzun göndərilməsinin qarşısını ala bilək”.

Heyli həmçinin qeyd edib ki, ABŞ prezidenti Cozef Bayden amerikalılara Kiyevə maliyyə dəstəyinin vacibliyini izah etməlidir.

“Konqres uğursuzluğa düçar olur, çünki deyirlər ki, Ukrayna, İsrail və sərhəd təhlükəsizliyi arasında seçim etməlisən. Onlar Amerika xalqına yalan danışırlar. Bu, yanlış fikirdir. Biz hər ikisini edə bilərik”.