ABŞ özünün "Xəzər canavarı"nı yaradır - FOTO
28 May 2022
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi “Liberty Lifter” layihəsi çərçivəsində SSRİ-də hazırlanmış KM-nin («Корабль-макет») analoqunu - "Xəzər Canavarı"nı yaratmağa qərar verib.
Bu varədə “Popular Mechanics” jurnalı yazıb.
ABŞ nəşri qeyd edir ki, “Liberty Lifter” xüsusi dəniz limanları və hava bazalarından istifadə etmədən böyük kütləli yüklərin nisbtən yüksək sürətlə çatdırılmasına imkan verəcək:
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi bu layihə barədə hələ 2021-ci ilin avqustunda bildirsə də, ad açıqlanmamışdı.
Xatırladaq ki, “903 Lun” layihəsi çərçivəsində ekranoplan raket gəmisi 1986-cı ilin iyulunda buraxılıb. O zaman texnika saatda 500 kilometr sürətlə 2000 kilometrə qədər məsafəni qət edə bilirdi. Uzunluğu 74 metr, hündürlüyü isə 19 metr idi.