Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ "Olina" tankerini ələ keçirib

ABŞ Trinidad adası yaxınlığında Karib hövzəsində "Olina" tankerini saxlayıb. 

ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığı neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.

Əməliyyat zamanı "Southern Spear" ("Cənub nizəsi") birləşmiş əməliyyat qrupunun dəniz piyadaları və dənizçiləri "USS Gerald R. Ford" aviasiya daşıyıcısından "Olina" tankerinin göyərtəsinə çıxıblar. Karib dənizində gəmi heç bir insident olmadan saxlanılıb.

Əməliyyat Trinidad adasının (Trinidad və Tobaqo Respublikası) yaxınlığında keçirilib. "Reuters" agentliyinin məlumatına görə, tanker əvvəllər Şərqi Timor bayrağı altında Venesuelaya üzüb.

Bu, Vaşinqtonun Venesuelanın neft ixracına nəzarət üzrə səyləri çərçivəsində son həftələrdə saxladığı beşinci gəmidir.