Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ kəşfiyyatı: Bakı və Yerevan arasında münasibətlər "gərgin və qeyri-sabit" olacaq

Ermənistan və Azərbaycan arasında münasibətlər "sülh sazişi olmadan, çox güman ki, gərgin və qeyri-sabit olaraq qalacaq", ABŞ-ın kəşfiyyat qurumlarının proqnozu belədir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

MKİ, FKB, Ədliyyə Nazirliyinin Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri çərşənbə günü illik qlobal risklər icmalını Konqresə təqdim ediblər.

Ermənistan və Azərbaycan münaqişəsi ilə bağlı müəlliflər dövlətlər arasındakı sərhəddə hərbiçilərin qarşıdurmasını, atəşkəs mexanizminin olmamasını və "Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olduğunu" qeyd edirlər.

"Silahlı qüvvələrin sərhədin bilavasitə yaxınlığında olması Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma riskini artırır, baxmayaraq ki, bu cür toqquşmaların müddəti və intensivliyi məhdudlaşacaq", deyə məruzədə bildirilir.

Məlumatda xatırladılır ki, 2021-ci ilin mayından etibarən dövlətlər arasındakı sərhəddə və Dağlıq Qarabağ regionu ətrafında hərbi toqquşmalar baş verir. Ən intensiv atışma 2022-ci ilin sentyabrında baş verib, Azərbaycan qüvvələri sərhəd boyunca bir neçə yerdə əlaqələndirilmiş hücumlar həyata keçiriblər, Ermənistan ərazisinin bir hissəsini ələ keçiriblər, bu, 300-ə yaxın hərbi qulluqçunun həlak olmasına gətirib çıxarıb.

"Sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, amma dövlət sərhədləri və Dağlıq Qarabağın gələcəyi ilə bağlı ən mürəkkəb məsələlər həldən uzaqdır", deyə məruzədə bildirilir.

Rusiya və Ukraynaya gəlincə, kəşfiyyat qurumları açıq şəkildə bildirib ki, bu il Rusiya SQ-nin böyük əraziləri ələ keçirmək üçün kifayət qədər bərpa oluna biləcəyini təxmin etmir.

Putin, "çox güman ki, zamanın onun xeyrinə işlədiyinə və potensial fasilələrlə müharibənin uzanmasının, buna illər getsə belə, Rusiyanın Ukraynadakı strateji maraqlarının təmin edilməsində onun üçün ən yaxşı varinat olduğuna ümid edir".

Müəlliflər həmçinin qeyd edirlər ki, Çinin Şərqi Asiyada aparıcı dövlətə və böyük dünya oyunçusuna çevrilmək cəhdinin qarşısını "çox güman ki", "yaşlanan nəsil, yüksək səviyyədə korporativ borc, iqtisadi qeyri-bərabərlik" və Pekinin Tayvanla bağlı planlarına qarşı müqavimət alacaq.