Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ fantastik müdafiə büdcəsini açıqladı - 842 milyard dollar

ABŞ-ın 2024-cü il üçün mümkün müdafiə xərcləri açıqlanıb.

Pressklub.az xəbər verir ki, növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsində müdafiə xərclərinin 3,2 faiz artırılaraq 842 milyard dollara çatdırılması nəzərdə tutulub.

Sənədə görə, 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 842 milyard dollar ayrılması təklif edilir.

“Bu, 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur”, - büdcə layihəsində qeyd olunub.

Bu məbləğin 6 milyard dollarının Ukraynaya, 37 milyard dollardan çoxunun nüvə silahının qarşısının alınmasına, 1,2 milyard dollarının isə Rusiya və Çinə qarşı mübarizəyə ayrılması planlaşdırılır.