ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbərinin adı bilindi
04 Yanvar 2025
“Fox News”un jurnalisti Temmi Bryus Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacaq.
Bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.
“Temmi Bryus dövlət katibliyinə namizəd Marko Rubionun Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram. Temmi mediada uzun müddətdir işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. Əminəm ki, o, yeni vəzifəsində də eyni inam gücünü və qorxmaz ruhunu nümayiş etdirəcək”, - o vurğulayıb.
Hazırda ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Metyu Miller tutur.