Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Kurskda genişmiqyaslı hücumu başlayıb, taktiki uğur əldə edib

Ukrayna Silahlı Qüvvələrinin yanvarın 4-də səhər saatlarında Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.

Bu barədə yerli Teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər. Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edir. Hücum texnika üçün əlverişli olan donmuş torpaqla əlaqələndirilir.

Rusiya və Ukrayna Müdafiə nazirlikləri geniş miqyaslı hücumla bağlı məlumatları təsdiqləyirlər. Məlumata görə, Ukrayna tərəfi üstünlük əldə edib və irəliləməkdə davam edir.