ABŞ BMT Təhlükəsizlik Şurasını genişləndirməyi planlaşdırır - The Washington Post
13 İyun 2023
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası BMT Təhlükəsizlik Şurasını genişləndirməyə və quruma altı yeni daimi üzv əlavə etməyə ümid edir.
Bu barədə “The Washington Post” yazıb.
Nəşrin məlumatına görə, Prezident Baydenin BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının genişləndirilməsi üzrə artıq digər diplomatlarla danışıqlar aparır.
Bu barədə payızda Nyu-Yorkda keçiriləcək dünya liderlərinin illik toplantısından əvvəl elan edilməsi planlaşdırılır.
“ABŞ quruma altı yeni daimi üzv daxil etməyi planlaşdırır, lakin onlar veto hüququna malik olmayacaq. Beləliklə, Bayden inkişaf etməkdə olan ölkələrin təsirini artırmaq istəyir.
ABŞ prezidenti nüfuzlu dövlətlərin ənənəvi təsirlərindən imtina etmək istəməməsinə baxmayaraq, islahatların həyata keçirilməsində israr edir”-, məlumatda vurğulanıb.