ABŞ: Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir
28 İyun 2023
Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.
"ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından şaddır. Bu gün görüşün ilk günü idi və müzakirələr iyunun 29-dək davam edəcək. Prosesin inkişafı üçün onlara kömək edəcəyik", - Metyu Miller qeyd edib.
Departament rəsmisi vurğulayıb ki, dövlət katibi Antoni Blinken hər iki ölkənin xarici işlər naziri ilə dəfələrlə danışıqlar aparıb:
"Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük".
Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.
Danışıqlar iyunun 29-dək davam edəcək.