ABŞ Avropanın bütün şirkətlərinin Rusiya bazarından çıxmasını istəyir
08 Aprel 2023
ABŞ Maliyyə Nazirliyi sanksiyalar və terrorizmin maliyyələşdirilməsi üzrə mütəxəssisləri Avropaya göndərəcək və orada şirkətləri Rusiya bazarından çıxmağa inandıracaq.
Bu barədə Pressklub.az “AP”ya istinadən xəbər verir.
Nazirliyin rəsmiləri Liz Rozenberq və Brayan Nelson Rusiya ilə hələ də iş aparan şirkətləri Ukraynaya qarşı davam edən müharibə səbəbindən Moskva ilə maliyyə əlaqələrini dayandırmağa inandırmaq üçün bir sıra Avropa ölkələrinə səfər etməyi planlaşdırır.
Mütəxəssislər İsveçrə, İtaliya və Almaniyanın maliyyə qurumlarının rəhbərləri ilə görüşəcəklər.
Onlar qarşı tərəfə sanksiyalardan yayınan potensial şəxslər haqqında məlumatları paylaşmağı və müəyyən edilmiş beynəlxalq məhdudiyyətlərə əməl etməməyə görə mümkün cəzalar barədə xəbərdarlıq etməyi planlaşdırırlar.