Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ altıncı nəsil qırıcılar istehsal edəcək

Pentaqonun tərkibinə daxil olan ABŞ Hərbi Hava Qüvvələri 2024-cü ildə altıncı nəsil qırıcıların istehsalına dair müqavilə bağlamağı planlaşdırır.

HHQ katibi Frank Kendall bildirib ki, “Next Generation Air Dominance” (NGAD) platforması çərçivəsində belə qırıcıların yaradılması layihəsi əvvəlki F-22 təyyarələrilə müqayisədə texnoloji sıçrayışdır.

O, yeni qırıcının müdafiə və zərbə imkanlarının yaxşılaşdırılacağını, həmçinin havada vəziyyətin dəyişməsindən asılı olaraq şəraitə uyğunlaşacağını bildirib.

“Heç kim bunu ABŞ Hərbi Hava Qüvvələrindən yaxşı edə bilmir. Lakin biz bu anda irəliləməsək, üstünlüyümüzü itirəcəyik”, - ABŞ-nin yüksək rütbəli hərbi rəsmisi qeyd edib.