Abramoviç Ukraynaya pul verməyib - Süründürür, hələlik...
19 İyun 2023
Biznesmen Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə etdiyi vəsaiti, hələlik, Ukraynaya Yardım Fonduna köçürməyib.
Bu barədə Britaniyanın "Daily Mail" nəşrində yazılıb .
Mənbələrin nəşrə bildirməsinə görə, Abramoviç Ukraynaya Yardım Fonduna vəsait köçürmək üçün müqavilə imzalamaqdan imtina edib. O, "Çelsi"nin satışından əldə olunan 2.3 milyard funt-sterlinqin bir hissəsinin də müharibədən əziyyət çəkən rusiyalılara göndərilməsində israr edir.
Vəsaitlərin humanitar fonda köçürülməsi London klubunu satmaq üçün sövdələşmənin tamamlanmasının şərtlərindən biri idi. Müqavilə bu ilin yanvarında bağlanıb, lakin klubun satılması ilə bağlı danışıqlar hələ Abramoviç Rusiyanın Ukraynadakı müharibəsinə görə Qərbin sanksiyalar siyahısına düşməsindən əvvəl başlayıb. Rusiyalı oliqarx 20 ildir ki, klubun sahibi idi.
2.3 milyard funt-sterlinq Abramoviçin şirkətlərindən birinin dondurulmuş hesabında qalır. Onları istənilən yerə köçürmək üçün Britaniya Xarici İşlər Nazirliyinin icazəsi tələb olunur.
Bundan əvvəl Britaniyanın "The Guardian" nəşrində yazılırdı ki , müharibə başlamazdan üç ay əvvəl Abramoviç əmlakını benefisiarları onun uşaqları olan trestlərə verib. Oliqarxa qarşı sanksiyalar yalnız onun əmlakının bir hissəsinə şamil edilib. Abramoviçin yeddi övladı var, onlardan ən kiçiyinin 9 yaşı var. Onların hamısı trastlar sayəsində ən azı dörd milyard dollar dəyərində aktivlərə çıxış əldə ediblər.
Rusiyalı işadamı, milyarder, Çukotka Muxtar Dairəsinin keçmiş qubernatoru Roman Abramoviçə qarşı sanksiyalar onun Kremlə yaxınlığına görə qoyulub. İşadamı ötən ilin fevral-martında uğursuz Rusiya-Ukrayna danışıqlarında, o cümlədən əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələrdə iştirak edib. Media Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dan Abramoviçin danışıqlardakı roluna görə onu sanksiyalar siyahısına salmamağı xahiş etdiyini yazırdı. İşadamına qarşı sanksiyaları Avropa İttifaqı və Böyük Britaniya tətbiq edib, lakin Vaşinqton yox.