85 yaşlı Anar: “Gələcəklə bağlı yeni planlarım var”
14 Mart 2023
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdür. 85 yaşı tamam olan Anar doğum günü ilə bağlı təəssüratını bölüşüb.
“Bu gün mənim 85 yaşım tamam olur, səhər saatlarından təbriklər gəlir, həm sənət dostlarım, həm oxucular təbrik edirlər. Məni xeyli adam təbrik edib Sizə də təbrikiniz və diqqətiniz üçün təşəkkür edirəm”, - deyə o bildirib.
Yazıçı Anar doğum günündə işdə olacağını, daha sonra ailəsinin əhatəsində 85 yaşını qeyd edəcəyini söyləyib:
“Bu gün işdə olacağam, yeni yaşımda Azərbaycan Yazıçılar Birliyinin sədri kimi iş başındayam, fəaliyyətimi birliyin yaxşılaşdırılması üçün davam etdirirəm. Yeni yaş yeni planlar deməkdir. Bizim də gələcəklə bağlı planlarımız var. Yaradıcılıqla məşğulam, bundan sonra da fəaliyyətimi davam etdirəcəyəm. Doğum günümü isə yalnız ailəmlə birlikdə, onların yanında qeyd edəcəyəm”.
AYB sədrindən həmkarı Əkrəm Əylislidən ad günü təbriki alıb-almadığını da soruşduq:
“Hələ Əkrəm Əylislidən təbrik mesajı almamışam. Kim təbrik edirsə, ona minnətdarlığımı bildirirəm”.
O, 85 yaşının olmasına baxmayaraq, sağlıq durumunun qaydasında olduğunu söyləyib.
Qeyd edək ki, Xalq yazıçısı Anar 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.
Anarın anası Nigar Rəfibəyli Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsi olub. Atası Rəsul Rza isə Məmmədxanlılar nəslindəndir.
Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir. (Modern.az)