75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon - dövlət başçılarına verilən qeyri-adi hədiyyələr
23 Yanvar 2023
Dövlət başçılarına əlamətdar tarixlərdə, doğum günlərində, o cümlədən xarici səfərlər zaman hədiyyələrin verilməsi uzun illərdir ki, ənənə halına çevrilib. Kənardan olduqca sadə bir prosedur kimi görünsə də, bu məsələnin öz müşkülləri var. Əsas çətinlik isə hədiyyə seçimidir. Çünki siyasilər onlara verilən hədiyyələrdə bəzən bir siyasi çalar da axtarıblar...
Maraqlıdır, siyasi liderlər hansı hədiyyələri qəbul ediblər, kimlər birinciləri öz hədiyyələri ilə təəccübləndirməyi bacarıb?
1949-cu ildə Polşa kommunistlərinin Stalinin 70 illik yubileyinə hədiyyəsini sovet lideri maraqla qarşılayıb. Polşalılar Stalinə yer kürəsi formasında olan telefon bağışlayıblar. Telefonun dəstəyi çəkic, nömrə diyircəyi isə oraq formasında olub. Bununla da Polşa kommunistləri SSRİ ilə həmrəy və həmfikir olduqlarını nümayiş etdiriblər.
Nikita Xruşşovun Kennediyə hədiyyəsini qeyri-adi saymaq olar. Rəsmi ziyafətlərin birində Kennedi Xruşşovdan kosmosa uçub qayıdan itlə bağlı maraqlanıb, dünyada məşhur olan bu itin küçüklərinin olub-olmadığını da soruşub. Bu söhbəti yaddaşına həkk edən Xruşşov qısa bir müddətdən sonra Strelkanın “qızı” Puşinkanı Kennediyə hədiyyə edib. Sovet lideri bu hədiyyə ilə amerikalı həmkarına həm də kosmik sahədə daha irəlidə olduğunu sübut etmək istəyib.
İngiltərənin baş naziri olmuş Uinston Çörçill 75-illik yubileyində bir çox dövlət başçıları tərəfindən hədiyyələr qəbul edib. Ancaq bu hədiyyələrin arasında ən çox xoşuna gələn İosif Stalinin hədiyyəsi olub. Stalin 75 illik yubiley münasibətilə Çörçilə 75 şüşə konyak göndərib. Hədiyyə baş nazirin o qədər xoşuna gəlib ki, o, Stalinə minnətdarlığını bu cür ifadə edib: “Cənab Stalin, çox təəssüf edirəm ki, bu il 100 illik yubileyim deyil”.
Corc Buş adətən kovboy sitildə olan hədiyyələri xoşlayıb. Amerika prezidentinin zövqünə bələd olanlar ona məhz bu sitildə hədiyyələr veriblər. Bu hədiyyələrin sırasında isə ən bahalısını Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev bağışlayıb. Onun amerikalı həmkarına hədiyyə etdiyi yəhərin qiyməti 7500 dollar olub.
Rumıniyanın sabiq rəhbəri Çauşesku Avropanın siyasi liderləri arasında zəngin həyat tərzi ilə fərqlənib. Onu hər hansı bir hədiyyə ilə təəccübləndirmək çətin olub. Bu çətinliyə baxmayaraq almaniyalı həmkarları Rumıniya liderini təəccübləndirə biliblər. Onlar Çauşeskuya təkərlər üstündə avtobus-iqamətgah bəxş ediblər. Tünd qırmızı rəngdə olan avtobusda sürücünün yataq otağı, xidmət personalının otağı, istirahət və yemək otağı, qarderob, iki mətbəx və VİP kabinet olub. Həmçinin avtobus-iqamətgahda xüsusi işıqlandırma, havalandırma, istilik və rabitə sistemləri quraşdırılıb.
Leonid Brejnev hədiyyə qəbulu məsələsində bütün siyasi liderlər arasında fərqlənib. Baş katib özəl günlərini xüsusi təntənə və təmtəraqla keçirib. Brejnevə verilən hədiyyələr üç təsnifata bölünüb. Birinci, dövlət təltifi, ikinci, həmkarları tərəfindən rəmzi hədiyyələr, üçüncü, şəxsi hədiyyələr. Baş katib bütün ad günlərində hansısa bir orden, yaxud da dövlət mükafatı ilə təltif edilib. Kreml bunu mütləq şərt kimi qəbul edib. Yubileyləri münasibətilə Brejnevə xarici həmkarları ya özləri, ya da səfirliklər vasitəsilə hədiyyələr təqdim edib. Şəxsi hədiyyələri isə baş katib ya kabinetində, ya da bağ evində təklikdə qəbul edib. Onu da qeyd edək ki, Brejnev dəyəri olduqca baha olan hədiyyələrə daha çox üstünlük verib və sözsüz ki, bu hədiyyələrin qarşılığında “səxavətli” məmurlardan öz dəstəyini əsirgəməyib.
Uzun illər Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi, Kremldə ikinci şəxs sayılan, “boz kardinal” titulunu qazanan Mixail Suslov hədiyyə məsələsinə olduqca ehtiyatla yanaşıb. Bütün təminatı, mənzil, bağ evi, avtomobil, hətta geyim və ev avadanlıqları dövlət büdcəsi hesabına ödənilən Suslov şəxsi adamlardan hədiyyə qəbul etməyib. Tanınmış yazıçı və şairlər, siyasətçilər öz kitablarını Suslova hədiyyə edəndə, o, bu kitabları da almağa ehtiyat edib və müəlliflərə bildirib ki, kitabın titul səhifəsində “müəllifdən Suslova hədiyyə” sözlərini yazsınlar.
28 il SSRİ-nin xarici işlər naziri kürsüsündə əyləşən Andrey Qromıko hədiyyə “alış-verişi”ni münasibətlərin səmimiyyəti kimi qiymətləndərib. Tez-tez xarici ölkələrdə ezamiyyətdə olan nazir səfərdə olduğu ölkədən Kremlin yüksək ranqlı məmurları üçün hədiyyələr gətirib. Bu hədiyyələr əsasən şlyapa və qalstukdan ibarət olub. SSRİ-nin xarici ölkələrdəki səfirləri hər dəfə Moskvaya müşavirə və hesabatlara gələndə Qromıkonu hədiyyələrlə sevindiriblər.
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov hədiyyə verməyi xoşlamasa da, hədiyyə qəbul etməkdə “qoçaq” olub. Xüsusilə, həyat yoldaşı Raisa Qorbaçova qiymətli hədiyyələrdən heç vaxt imtina etməyib. Amma hər halda Qorbaçovlar çütlüyü xarici həmkarlarına rəmzi olsa da hansısa bir hədiyyəni verməyi özlərinə borc sayıblar. Rəsmi görüşlərin birində Qorbaçov və xanımı İngiltərənin baş naziri Marqarit Tetçerə nəfis tərtibatlı bir kitab hədiyyə edib. Kitab belə adlanıb: “Kartofdan hazırlanan Belarus yeməklərinin 500 resepti”. Hədiyyəni qəbul edən “dəmir ledi” sonralar məktublarının birində qeyd edib: “Kim rus dilini bilirsə və kartofu sevirsə, biz bu kitabı ona bəxş etməkdən hədsiz dərəcədə sevinərək məmnun olarıq”.
Dövlət başçıları arasında hədiyyə mübadiləsi bu gün də davam edir. Əslində bu normal bir haldır. Əgər bu hədiyyələrin arxasında siyasi maraq dayanmırsa, rəmzi hədiyyələri həmrəylik və dostluq əlaməti kimi qəbul etmək olar.