Logo
news content
User
Kateqoriyalar

Xəbər

38 yaşda evə - İnyesta "Barselona"ya qayıtmaq istəyir

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta İspaniya "Barselona"sına qayıtmaq istəyir.

Bu barədə 38 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlama verib.

İspaniyalı oyunçu böyük məmnuniyyətlə yenidən Kataloniya təmsilçisinin formasını geyinə biləcəyini söyləyib: "Kluba kömək etmək istərdim. Amma gələcəkdə nə olacağını söyləmək çətindir. "Barselona" mənim evimdir. Mənə heç bir yer oradakından yaxşı olmayacaq".

Qeyd edək ki, Andres İnyesta 2002 - 2018-ci illərdə "Barselona"da çıxış edib. (Report)