Logo
news content
User
Kateqoriyalar

Xəbər

133 kardinal birinci turda yeni Roma Papasını seçə bilməyib

Konklav Vatikanda keçirilmiş ilk səsvermə turunda yeni Roma Papasını seçə bilməyib.

“Vatican News” xəbər verir ki, Sikstin kapellasının bacasından çıxan qara tüstü konklavın ilk səsvermə turunda Roma Papasını seçə bilmədiyini göstərib.

Qeyd edək ki, nəticənin elan olunmasını planlaşdırılandan iki saat çox gözləmək lazım gəlib. Sabah əlavə səsvermə raundları keçiriləcək və qərar qəbul edilənədək davam edəcək.

Xatırladaq ki, kardinallar yeni Papa seçilənə qədər xarici dünya ilə əlaqə saxlamayacaqlar.

Qeyd edək ki, 80 yaşadək 133 kardinal konklavın – Roma Katolik Kilsəsinin yeni başçısının seçiləcəyi qapalı kardinal məclisin keçirildiyi Sikstin kapellasına toplaşıblar. “Extra omnes” (“hamı bayıra”) elan edilmiş formula ilə hər biri papa taxtına namizəd ola bilən kardinal-seçicilər xarici dünyadan təcrid olunublar.

Kapellada mobil və digər rabitə vasitələri söndürülüb. Məlumatları yaymamaq barədə and içdikdən sonra (mərasim “Vatican News” portalı tərəfindən yayımlanıb) onlar bağlı qapılar arxasında səsverməyə başlayıblar.

Səhər Müqəddəs Pyotr kilsəsində konklavın uğuru naminə təntənəli messa keçirilib, ona yaşına (91) görə konklavda iştirak etməyən kardinallar kollegiyasının dekanı Covanni Battista Re başçılıq edib. O, öz moizəsində zamanın çətinliyini və bu anda kilsədən və “cəmiyyətin vicdanını oyatmalı olan” Roma Papasından böyük gözləntiləri qeyd edib.

Konklavda iştirak edən 133 kardinaldan 52-si avropalıdır. Fransiskin dövründə dövlət katibi (hökumət başçısı) vəzifəsini tutan italyan Pietro Parolin və İtaliya Yepiskoplar Konfransının rəhbəri Matteo Zuppi müəyyən dəstəyə malikdirlər.