Logo
news content
User
Kateqoriyalar

Analitika

Bərdə sakini erməni ordusunun atəşi nəticəsində həlak olub

Bərdə rayonunun Yeni Əyricə kənd sakini Şahmalı Ətraf oğlu Rəhimov erməni ordusunun raket atəşi nəticəsində həlak olub.

Hadisə bu gün saat 16:00 radələrində baş verib.

16 yaşlı Ş.Rəhimov hadisə zamanı qoyun otarırmış. Qəlpə onun başından dəyib.

Müəllif: Seymur Kazımov