Fransa İran əleyhinə sanksiyaların ləğvinə qarşıdır
23 İyun 2026
Fransanın təhlükəsizlik məsələləri ilə ziddiyyət təşkil edərsə, Paris İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək.
Bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.
Fransa Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına görə, Paris milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edərsə, İrana qarşı sanksiyaların ləğvinə qarşı çıxacaq.
Mənbə həmçinin qeyd edib ki, İranla ABŞ arasında əldə edilən razılaşma yalnız ilk addımdır və danışıqlar prosesinin sonrakı mərhələləri daha çətin olacaq.