Logo
news content

Qələbədən sonrakı qanlı döyüş
Praqa üsyanının sirləri

İkinci dünya müharibəsi zamanı Avropadakı hərbi əməliyyatlar, nəzəri cəhətdən, Berlinin alınması ilə bitməli idi. Amma belə olmadı. Berlin mayın 2-də təslim olsa da, nasizmə qarşı son böyük döyüş Praqa ətrafında baş verdi. 


Çexoslovakiya nasist təcavüzünə hələ İkinci dünya müharibəsindən əvvəl məruz qalmışdı. 1938-ci ildə Hitler Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətinin Almaniyaya birləşdirilməsini tələb etdi. Sentyabrın 28-29-da Münhendə Almaniyanın, Böyük Britaniyanın, Fransanın və İtaliyanın iştirakı ilə beynəlxalq konfrans keçirildi. Dörd dövlət heç bir hüquqları olmadığı halda Sudetin taleyini həll etdilər: vilayət oktyabrın 10-a qədər Almaniyaya veriləcəkdi. Bu, London və Parisin biabırçı “sakitləşdirmək” siyasətinin kulminasiyası idi.


Amma Hitler bununla kifayətlənmək fikrində deyildi. Onun razılığı ilə 1939-cu il martın 14-də Slovakiya öz müstəqilliyini elan etdi. Həmin gün Berlinə çağrılan Çexoslovakiya prezidenti Emil Haxa ultimatumla üzləşdi: ya Çexiya Almaniyanın protektoratlığını qəbul edir və bu zaman qansız-qadasız işğal olunur, ya da almanlar işğalı bütün vasitələrdən istifadə edərək həyata keçirəcəklər, bu zaman da xeyli qurbanlar və dağıntılar olacaq. Görüş zamanı ürək tutması keçirən Haxa həkim müdaxiləsindən sonra özünə gəldi və ultimatumu qəbul etdi.


Səhər Hitler Çexiyanı işğal edərək müstəqilliyinə son qoydu, onu Bohemiya və Moraviya protektoratlığı elan etdi. Ölkəyə Berlindən təyin olunan reyxsprotektor nəzarət edəcəkdi. Bununla belə, protektorat...

lock icon

Yazını tam oxumaq üçün