Logo
news content

Məsudun məyusluğu
İran Prezidenti Bakıya səfər etməməklə səhvə yol verib

İran hakimiyyəti pərt vəziyyətə düşüb. Onun bu pərtliyi və məyusluğu İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) və aparıcı agentliyə də sirayət edib. Belə vəziyyətin yaranacağını bilsə idi, yəqin heç bu addımı atmazdı.

Söhbət İran Prezidenti Məsud Pezeşkianın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasına (COP29) qatılmaqdan imtina etməsindən gedir. Onu bu tədbirdə İranın vitse-prezidenti Şina Ənsari əvəz edib. 

İran mediası Məsud Pezeşkianın COP29 konfransında iştirak etməməsini İsrail Prezidenti İsaak Hersoqun tədbirə qatılacağı ilə əlaqələndirib. 

Bundan əvvəl İran KİV onun Bakıya səfər edəcəyinə dair xəbər yaymışdı. 

Yeri gəlmişkən, Tehran hakimiyyəti idman sahəsində də oxşar oyunu oynayır.

Bir müddət əvvəl İranda İsraildən olan idmançılarla yarışmağı qadağan edən qanunun qəbuluna cəhd edilmişdi. Ancaq çoxsaylı qınaqlardan sonra bundan imtina olunmuşdu. Bununla belə, İran idmançılarının İsraildən olan həmkarları ilə görüşməməsinə dair qeyri-rəsmi tapşırıq var. İran hakimiyyəti qadağanı rəsmiləşdirməkdən imtina edib. 

Ölkənin ali lideri ayətullah Seyid Əli Xamənei İsrail idmançıları ilə yarışmaqdan imtina etmiş iranlıları dəfələrlə mükafatlandırıb və onların bu addımını alqışlayıb.

Başqa bir örnək, İranın Ağır Atletika Federasiyası iranlı ağırlıqqaldıran Mustafa Rəcainin İsrail idmançısı Maksim Svirskinin əlini sıxdığına görə ömürlük diskvalifikasiya edilməsi barədə qərar qəbul edib. İdmançılar Polşanın Veliçka şə...

lock icon

Yazını tam oxumaq üçün