Zelenskidən Krım körpüsünün partladılmasından danışdı
20 Oktyabr 2022
“Ukrayna Krım körpüsündə baş verən hadisənin sifarişçisi deyil”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kanadanın “CTV” telekanalına müsahibəsində deyib.
“Bildiyim qədərilə, biz dəqiq olaraq bunu sifariş etməmişik”, - deyə Zelenski söyləyib.
Qeyd edək ki, Krım körpüsündə partlayış oktyabrın 8-i səhər saatlarında baş verib. Partlayış zamanı 4 nəfər ölüb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə isə, partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi artıq həbs olunub. Müəyyən edilən şəxslərin 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.