Zelenski Ukrayna ordusunun Mahaçqalada limana zərbə endirdiyini bildirib
10 Sentyabr 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Mahaçqalada limana zərbə endirdiyini bildirib.
O, bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə görə, Ukrayna dronları bir gündə Rusiya infrastrukturunun səkkiz obyektinə zərbələr endirib.
Zelenski qeyd edib ki, Dağıstandakı Dəniz Ticarət Limanı və Yamalo-Nenets Muxtar dairəsindəki Neft Emalı Zavodu vurulub.
Eyni zamanda, Moskva, Voronej, Həştərxan və Bryansk bölgələrindəki obyektlərə də zərbə endirilib.
Qeyd edək ki, bundan əvvəl Dağıstan hakimiyyəti hücum nəticəsində Avar Teatrının binasına və limana ziyan dəydiyini bildirib. Bölgə rəhbərinin sözlərinə görə, PUA hücumundan sonra yanğın başlayıb.