Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Trampla görüşüb

Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüş keçirilib.

“RBC-Ukrayna” xəbər verir ki, onlar danışıqları "Trump Tower"də aparıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla “Tramp Tower” də keçirilən görüşdə hər iki namizədlə görüşmək qərarına gəldiyini, çünki döyüşlərin noyabrda ABŞ-də keçiriləcək seçkilərə qədər bitməyəcəyini deyib.

"Noyabrda amerikalılar kimin prezident olacağına qərar verməli olacaqlar. Lakin biz başa düşürük ki, noyabra qədər Putini dayandıra bilməyəcəyik. Amma anlayırıq ki, noyabrdan sonra qərar qəbul etməli olacağıq və ABŞ-nin çox güclü olacağına ümid edirik. Buna görə də mən hər iki namizədlə görüşmək qərarına gəlmişəm”, - Ukrayna Prezidenti bildirib.

O əlavə edib ki, Ukraynanı gücləndirəcək bütün addımları bölüşmək Kiyev üçün çox vacibdir və onların həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməlidir.

D.Tramp Rusiya isə münaqişədə sülhə nail olunmasının vacibliyini müzakirə etmək niyyətində olduğunu bildirib.

“Gəlin sülhə nail olaq. Bizə sülh lazımdır! Biz ölümün və dağıntıların qabağını almalıyıq”, - eks-prezident qeyd edib.

Öz növbəsində, V.Zelenski Ukraynada müharibənin dayandırılmasının vacibliyi məsələsində D.Trampla baxışlarının üst-üstə düşdüyünü diqqətə çatdırıb.