Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Rusiya Kiyevə kütləvi zərbələrə görə mütləq cavab alacaq

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə o paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.

"Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - mütləq", - Zelenski deyib.

O həmçinin bildirib ki, Ukrayna "ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması"nın tərəfdarıdır.

Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.