Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Məni öldürsələr, ölkəni idarə edəcək kimsə var"

“Ukrayna parlamentli prezident respublikasıdır və hakimiyyət ölkə rəhbərliyindən kiminsə öldürülməsi ehtimalı ilə bağlı müxtəlif variantlar təqdim edib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos forumunda deyib.

Zelenskidən Rusiyanın Ukrayna Prezidentinə qarşı sui-qəsd cəhdlərindən birinin uğur qazanacağı təqdirdə planlarının olub-olmamasını iki dəfə soruşublar.

"Qanunvericiliyimizə görə, dövləti idarə edəcək kimsə var. Biz hazırlaşmışdıq, mən də, Baş nazir də, parlamentin başçısı da. Bizdə parlamentli prezident respublikası var", - dövlət başçısı deyib.

O, həmçinin vurğulayıb ki, bu və ya digər hakimiyyət itkisi olsa, ona hazırdırlar.

"Biz Nazirlər Kabinetini 2 hissəyə böldük ki, ölkə belə nəticələrdən də qorunsun", - Zelenski bildirib.

Prezident əlavə edib ki, belə bir təhlükə hər gün qalır: "Amma mən sağam, bu holoqram deyil, mən həqiqətən sizinlə danışıram".