Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: "Mən dialoqa hazıram, lakin biz kapitulyasiyaya hazır deyilik"

"Ukrayna NATO-ya daxil olması məsələsinə marağını itirib. Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik".

Bunu Ukrayana Prezidenti Volodimir Zelenski ABŞ-ın “ABC News” telekanalına müsahibəsində bildirib.

"Ən əvvəl deyim ki, mən dialoqa hazıram, lakin biz kapitulyasiyaya hazır deyilik. Bu, mənə aid məsələ deyil, məni seçən insanlara aiddir. NATO-ya gəldikdə isə Ukraynanı qəbul etməyəcəklərini anladıqdan sonra mən bu məsələdən soyudum. Alyans mübahisəli məsələlərdən və Rusiya ilə konfrontasiyadan qorxur. Ukrayna diz üstdə nəyisə xahiş edən ölkə olmaq istəmir, mən belə prezident olmaq istəmirəm. Mən təhlükəsizlik qarantiyalarından danışıram.

Düşünürəm ki, müvəqqəti işğal olunmuş ərazilər və Rusiyadan başqa heç kim tərəfindən tanınmamış respublikalar barədə maddələri ... biz müzakirə edə və kompromis tapa bilərik ki, bu ərazilər necə yaşayacaq. Mənim üçün vacibdir ki, Ukraynanın tərkib hissəsi olmaq istəyən insanlar həmin ərazilərdə necə yaşayacaqlar. Ukraynada kim deyə bilər ki, onları (həmin tələbləri) qəbul etmək istəyir? Məsələ tanınma məsələsindən daha mürəkkəbdir. Bu, növbəti ultimatumdur. Lakin biz ultimatumları qəbul etməyə hazır deyilik. Lazım olan nədir? Putin informasiya vakuumunda oturmaq əvəzinə danışmağa, dialoq aparmağa başlamalıdır. Mən düşünürəm ki, o real situasiyanı bilmir...

Məktəblər, nüvə obyektləri bombalanır. Məni buna əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Məni və ailəmi öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm”, - Volodimir Zelenski bildirib.