Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski azərbaycanlı hərbçiləri şəxsən MÜKAFATLANDIRDI - FOTO




Ukrayna Prezidenti Vladimir Zelenski daha bir həmvətənimizi təltif edib.

Bu barədə Kiyevdə yaşayan iş adamı Oktay Əliyev Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif edilib.

O, Zoporojye istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Ağayev Əlixan İkinci dərəcəli "Boqdan Xmelnitski", Kiril Ağasıyev "Ukrayna Qəhrəmanı", Raqif Əliyev və Məcid Abdulqafarov "İgidliyə görə" ordenləri ilə təltif olunublar.







(Lent.az)