Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Azərbaycan əsilli komandirə “Ukrayna Qəhrəmanı” adı verdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Bfotounu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdə yazıb.



Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərnaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.