Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski ABŞ-da seçkilərin müharibəyə təsirindən danışıb - Üç ssenari var

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gələn ay ABŞ-də keçiriləcək prezident seçkisinin nəticəsi Ukraynanın gələcəyi üçün həlledici olacaq. O qeyd edib ki, ABŞ-də seçkidən sonra Ukraynaya hansı təklifin olacağını bilmir, lakin irəliləmək üçün üç variant var.

Zelenski bunu "The Financial Times"a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, gələn ay ABŞ-də keçiriləcək prezident seçkisinin nəticəsi Ukraynanın gələcəyi, o cümlədən NATO ilə bağlı məsələlər üçün həlledici olacaq.

"ABŞ-də seçkidən sonra bizə hansı təklifin olacağını bilmirəm. Biz irəliləmək üçün üç fərqli yol görürük. Onlardan biri hələ də müəyyən risklərdən ehtiyat edən müttəfiqlərlə dəstəyin davam etdirilməsidir. Ağ Ev uğrunda yarışı kimin qazanacağından asılı olaraq, biz digər iki yol görürük. Bu, daha müsbət olacaq? Yoxsa daha az müsbət? Açığı, bilmirəm. Və bu, xalqımız üçün çox həssas məsələdir", - deyə Zelenski bildirib.