Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zaxarova ABŞ-ı hədələdi: "Odla oynamayın"

Rusiya Kimyəvi Silahlar Konvensiyasının (CWC) rejimini tamamilə məhv etməmək üçün ABŞ və müttəfiqlərinə “odla oynamamaq” barədə xəbərdarlıq edib.

TASS xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Kiyevin kimyəvi silahdan istifadə etməsi və onun istifadəsinə hazırlanması ilə bağlı şərh edərkən deyib.

“Biz Vaşinqtonu və onun peyklərini 1997-ci ildən bəri qurulmuş CWC rejimini tamamilə məhv etməmək üçün odla oynamamaq barədə xəbərdar edirik”, - Zaxarova qeyd edib.

Zaxarova vurğulayıb ki, NATO-ya üzv ölkələrin Rusiyanın strateji məğlubiyyətinə nail olmaq istəyini dayandıra biləcək heç bir beynəlxalq hüquq norması yoxdur.