Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb
06 Sentyabr 2026
Afinada keçirilən aviaşou zamanı qəzaya uğrayan F-4 Phantom qırıcısının iki pilotu həlak olub.
Bu barədə "Afina-Makedoniya" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, pilotların cəsədləri qəza yerində aşkarlanıb.
17:11
Yunanıstanın "F-4 Phantom" qırıcısı Afina yaxınlığındakı Tanaqra hava limanında aviaşou zamanı qəzaya uğrayıb.
Bu barədə "Reuters" Yunanıstan Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Yunanıstan Teleradioyayım Korporasiyasının (EPT) məlumatına görə, təyyarənin düşməsindən dərhal sonra partlayış baş verib. Hadisə yerində olan müxbirlər qeyd ediblər ki, təyyarə qəfildən yerə enməyə başlayıb və sonda yerə çırpılıb.
Hadisə yerində paraşütlər aşkar edilməyib. Ekipajın taleyi naməlumdur.
İki pilotun katapult edib-etmədiyi barədə hələ ki rəsmi məlumat yoxdur.
İnsident nəticəsində baş verən yanğının söndürülməsinə iki helikopter cəlb olunub.