Yerli ixtiraçılarımızın daha bir beynəlxalq uğuru
07 Oktyabr 2024
Türkiyənin Adana şəhərində keçrilən dünyanın yenilikçi zehinlərinin bir araya toplaşdığı Beynəlxalq İxtiralar Yarmarkasının (ISIF24) yekun final mərhələsində Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin sədri Ceyhun Xəlilovun təqdim etdiyi beynəlxalq patentli texnoloji layihə birinciliyə layiq görülərək, qızıl medalla təltif olunmuşdur.
ISIF24 yarmarkası TEKNOFEST çərçivəsində keçrilir. Ötən il də burada “Ən yaxşı texnoloji ixtira” nominasiyası üzrə birinciliyi Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin təqdim etdiyi layihə qazanmışdı.
Komandanın yarışda iştirak etməsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi nəticəsində mümkün olmuşdur.