Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni sorğu: Bu dəfə Tramp irəlidədir

ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan geridə qalır.

Bunu "RealClearPolitics" portalının ölkədə son sorğularının təhlili sübut edir.

Araşdırmaya görə, bəzi ştatlarda sakinlərin 48,3%-i Trampı, 47,5%-i isə Harrisi dəstəkləyir.

Respublikaçıların xeyrinə ən böyük fərq Arizona ştatında qeydə alınıb.

"RealClearPolitics"in proqnozu doğru olarsa, Tramp prezident seçkilərində qalib gələcək.