Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni çağırış Milli Məclisin rəhbərliyi formalaşdırılıb - Sahibə Qafarova yenidən spiker seçilib

7-ci çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında parlamentin sədri vəzifəsinə yenidən Sahibə Qafarova seçilib.

Onun namizədliyi parlament çoxluğu - Yeni Azərbaycan Partiyasından olan deputatlar tərəfindən irəli sürülmüşdü.

Bu partiyanın sədri Əli Əhmədov parlamentin birinci vitse-spikeri seçilib.

O, 2018-2024-cü illərdə baş nazirin müavini vəzifəsini tutub.

YAP-ın daha bir nümayəndəsi - Ziyafət Əsgərov parlamentin vitse-spikeri seçilib.

O, 2005-2020-ci illərdə parlamentin vitse-spikeri və birinci vitse-spikeri olub.

Parlament azlığını təşkil edən partiyalardan vitse-spiker vəzifəsinə "Vətəndaş Həmrəyliyi" Partiyasının üzvü Rəfael Hüseynov, "müstəqil" deputatlardan isə Musa Qasımlı seçilib.

Beləliklə, hazırkı çağırış parlamentdə, birinci müavin də daxil olmaqla, vitse-spikerlərin sayı dördə çatıb.