Yenə benzin və bahalaşma – Növbəti qiymət artımına gediləcəkmi?
11 İyul 2022
Azərbaycanda "Aİ-95 Premimum” markalı benzinin qiymətinin qalxacağı gözlənilir. Bu barədə Haqqın.az saytı məlumat yayıb. Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.
Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 118-120 dollar ətrafında dəyişir. Ancaq Azərbaycan neft emal edən ölkə olduğundan daxili bazarda neftdən alınan müxtəlif məhsulları – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamaq imkanı var.
Amma bunun"A-95 Premimum" və "A-98 Super” markalı yanacaq növlərinə aidiyyatı yoxdur. Çünki Azərbaycan benzinin bu markalarını... xaricdən idxal edir. Ölkəmizdə daha çox istifadə edilən "A-95 Premimum" markalı benzinin istehsalı prosesi isə düyünə düşüb.
Xatırladaq ki, "A-95 Premimum" və "A-98 Super” markalı yanacaq növlərinin qiyməti axırıncı dəfə ötən ilin sentyabrın 15-də bahalaşıb. Hazırda "A-98" 1,9 manata, "A-95" isə 1,6 manata satılır. Bundan öncə "A-95"in 1 litrinin qiyməti 1,45 manat, "A-98" markalı benzinin benzin isə 1,6 manat təşkil edirdi.
Növbəti qiymət artımı realdırmı və hökumət bu dəyişikliyi necə əsaslandıra bilər?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, qiymət artımı barədə yayılan informasiyada heç bir rəsmi mənbəyə istinad edilmir. “Adətən Azərbaycan praktikasında onunla rastlaşırıq ki, qiymət artımının doğruluğunu istehlakçılara çatdıran yazılar hadisə baş verəndən sonra gündəmi zəbt edir. Bu zaman bir tərəf deyir ki, qiymət artımı qaçılmaz idi, razılaşmayanlar isə “neft ölkəsinin xarici bazardan asılılığının” inandırıcı olmadığını söyləyirdilər. Tutaq ki, bu gün-sabah qiymət 10-20 qəpik artdı. Yəni mümkündür. Çünki adətən belə olur”, - ekspert qeyd edir.
Mütəxəssis hesab edir ki, əslində qiyməti qaldıran tərəflə (hökumət) o qiymətdə benzin alan (əhali) arasında narazılıq yaranması əvəzinə tərəflərin bir-birini başa düşməsi daha arzuolunan variantdır:
“Bu halın baş verməsi üçün isə neft məhsulları bazarı ilə bağlı bir sıra məsələlərə işıq salınmalı və onların hamılıqla qəbul edilməsi, dərk olunması təmin edilməlidir. Beləliklə:
Aİ-95 və Ai-98 markalı benzinlərin Azərbaycanın daxili bazarında qiymətinin 10 qəpik artması və ya azalması üçün xam neftin qiyməti nə qədər dəyişməlidir;
Xam neftin qiymətinin dəyişməsi ilə Azərbaycanın idxal etdiyi benzinin birja qiymətləri arasında əlaqə açıqlanmalıdır;
Azərbaycan yüksək oktanlı benzinin əsas hissəsini Rusiyadan idxal edir, bu ölkədə sanksiyalarla bağlı Ai-95 markalı benzinin topdansatış qiymətləri artım əvəzinə azalma nümayiş etdirib. 2022-ci ilin yanvarında Aİ-95-in 1 tonunun Sankt-Peterburq birjasında orta qiyməti 55 min rubl olmuşdusa, iyun ayında 40,7 min rubla qədər azalma müşahidə olunub;
Sonuncu dəfə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti 2021-ci ilin 15 sentyabr tarixində dəyişdirilib. O zaman Brent markalı neftin qiyməti 75 dollar ətrafında ticarət edilirdi. Düz 3 ay sonra neft təqribən 4% ucuzuna satılırdı. 2022-ci ilin əvvəlində Brent 94 dollara qədər bahalaşmışdı. Ukrayna müharibəsi başlayandan sonra neft 100 həddini aşdı və martın 8-də 130 dollara ticarət edilirdi. Yəni bazar qaydalarından çıxış etsəydik, hələ yanvarın sonunda Azərbaycanda idxal benzininin qiymətləri dəyişməli idi. Çünki Rusiyada belə topdansatış qiymətləri maksimuma çatmışdı. Sonrakı iki ayda xam neftin qiymətləri ilin maksimumunu yaşadı. Amma ölkəyə idxal edilən benzinin qiyməti dəyişmədi”.
İlham Şaban xatırladır ki, iyunun 8-9-u tarixlərində Brent nefti mayla müqayisədə xeyli artım nümayiş etdirərək hər bareli üçün 123-125 dollar həddinə çatdı. Amma ayın sonunda 108-109 dollara ticarət edilirdi: “İyulda isə ilk günlər hərraclara 111 dollarla başlayan Brent bu gün 107 dollar ətrafında satılır. Ayın 6-7 tarixlərində isə 98-99 dollar həddinə qədər eniş edib, çünki dünya iqtisadiyyatının artım templərinin xeyli azalacağına dair yeni proqnozlar verilmişdi”.
İndi əsas sual bundan ibarətdir ki, idxal benzinin Azərbaycanda qiyməti artmalıdırmı? Ekspert qeyd edir ki, statistikaya görə bəli: “Amma niyə indi? Bunun izahını hesab edirəm iki qurum açıqlamalıdır:
- İqtisadiyyat Nazirliyi,
- SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi.
Məhz bu qurumlar kommersiya sirlərinə toxunmadan geniş istehlakçı auditoriyasına faktlarla açıqlaya bilər ki, niyə, nədən və indi bu addım atılır. Yalnız bundan sonra ekspertlər, o cümlədən mən də şərh edə bilərəm ki, göstərilən arqument və faktlar nə dərəcədə inandırıcı idi”.
İlham Şaban hesab edir ki, hökumət Aİ-95 və Aİ-98 markalı benzinin qiymətlərini Tarif Şurasının çətiri altına qaytarmalıdır: “Çünki praktika göstərdi ki, 2014-cü ilin aprelindən bu neft məhsullarının qiymətləri reallıqda dövlət tərəfindən tənzimlənir və bazarla elə də ciddi əlaqəsi yoxdur. Əks təqdirdə minə yaxın YDM-nin heç olmasa birində 1 qəpik fərqlə hansısa bazar oyunçusu satmaq fikrinə düşərdi”.
Turqut