Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yasamalda tikilisi sökülən şəxs özünü yandırmağa cəhd etdi

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində bir nəfər özünü yandırmağa cəhd edib.

Buna səbəb vətəndaşın yol kənarında tikinti aparmaq istəməsi, lakin dəfələrlə bu qanunsuz tikilinin sökülməsi olub.

Əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Vətəndaşın özünü yandırmaq cəhdinin qarşısı alınıb.

Eyni zamanda, qanunsuz yarımtikili də sökülür.