Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxs Bərdə Şəhər Diaqnostika Mərkəzinə təxliyə edilib.

Xəsarət alan şəxsə Xankəndi Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdəyə köçürülüb.

Hazırda onun əməliyyat olunacağı gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

***

09:42

Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.