Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN Azərbaycan vətəndaşlarını zorla Ukraynaya müharibəyə göndərilməsi haqqında məlumatları şərh etmir

Sentyabrın 16-dan etibarən ölkənin bir sıra hökumətyönlü KİV-ləri Çeçenistanda beş Azərbaycan vətəndaşının saxlanıldığı və Ukraynaya müharibəyə göndərildiyi haqqında məlumatlar dərc edir. Bu məlumatın mənbəyi açıqlanmır.

Turan Agentliyinin Azərbaycan XİN-ə göndərdiyi sorğu cavabsız qalıb. RF-nın Bakıdakı Səfirliyi də susur.

Yeri gəlmişkən, hökumətin nəzarəti altında olan KİV-lərdə yayılması bu faktın doğru olması ilə bağlı şübhələri aradan qaldırır.

Hələlik bu Azərbaycan vətəndaşları Çeçenistana necə getdikləri və kim - əmək mühaciri və ya başqa şəxslər olduqları aydın deyil.