Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xerson Rusiya qoşunlarının mühasirəsindədir

Rusiya hərbçiləri Ukraynanın Xerson şəhərinin girişlərində blok-postlar qurublar. Bu barədə şəhərin meri İqor Kolıxayev Facebook-da yazıb.

“Rusiya ordusu Xersonun girişlərində blok-postlar qurub. Vəziyyətin bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir”, - o yazıb.



Mer qeyd edib ki, Xerson Ukraynaya aid olub və olacaq da və indi edilə biləcək ən böyük pislik - şəhəri içəridən dağıtmaqdır.

Kolıxayev həmçinin şəhər sakinlərinə müraciət edərək onları sakit olmağa, panikaya yol verməməyə, komendant saatı zamanı çölə çıxmamağa, heç kimlə aqressiv danışmamağa çağırıb.