Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xarkov yaxınlığında Rusiyanın texnika kolonu məhv edilib

Martın 6-da Ukrayna Milli Qvardiyasının qüvvələri və Xarkov ərazi müdafiəsi düşmənin texnika kolonunu məhv edib. Bu barədə Xarkov bölgə hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib.

“Hava məkanında əldə olunan uğurlarla yanaşı, quru qoşunlarının da uğurları var”, - o bildirib.

Onun sözlərinə görə, ukraynalı hərbçilər düşmənin 4 yanacaq daşıyan maşınını, 3 ədəd QAZ-66 yük maşınını sıradan çıxarıb və “Tiger” zirehli maşını ələ keçirib.