Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xankəndi şəhərində 28 min insan yaşayır

Xankəndi şəhərində artıq 28 min insan yaşayır.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusun nümayəndələrini məlumatlandıran Elçin Yusubovun sözlərinə görə, Xankəndidən məcburi köçkün düşmüş əhalinin qayıdışı prosesi davam edir.

“Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici ümumi əhalinin 10 faizindən çoxunu təşkil edir”, - Elçin Yusubov qeyd edib.

O diqqətə çatdırıb ki, şəhərdə yeni yaşayış binaları və parklar inşa olunur, müasir tələblərə cavab verən yollar salınır: “Eyni zamanda, şəhərin simasına və müasir şəhərsalma standartlarına uyğun gəlməyən, yöndəmsiz tikililərin sökülməsi prosesi intensivləşdirilib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir tikililərin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb”.