Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək

İranın ali lideri Əli Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək.

Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Daha əvvəl İran hakimiyyəti üç günlük dövlət vida mərasimi keçirmək planları barədə məlumat vermişdi, lakin dəqiq tarixlər dəfələrlə təxirə salınıb.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.