Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vuçiç və Lukaşenko Bakıya gəliblər

Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfəri başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya işgüzar səfərə gəlib.

Bu barədə BELTA məlumat yayıb.

A.Lukaşenko çıxışında iqlim dəyişikliyi və beynəlxalq ictimaiyyətin bu sahədə meydana çıxan çağırışların həlli üçün görməli olduğu tədbirlərlə bağlı gündəlikdə duran məsələlərlə bağlı Belarusun milli mövqeyini açıqlayacaq.

Həmçinin sammit çərçivəsində prezident xarici həmkarları ilə bir sıra görüşlər keçirəcək və danışıqlar aparacaq.

Slovakiya Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.