Vens: Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib
15 İyun 2026
“Prezident Donald Tramp hələ mənimlə 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyimi müzakirə etməyib”.
Bunu “CBS News”a açıqlaması zamanı ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens düyib.
Jurnalistin Trampın onun namizədliyini açıq şəkildə dəstəkləməkdən yayınması ilə bağlı sualına Vens belə cavab verib:
"Bu yayınma deyil. Bu, müsbət və ya mənfi də deyil. Sadəcə o, uğuru necə təmin edə biləcəyimiz, bunun gələcək üçün nə demək olduğu barədə danışır. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları prezidenti mənim verəcəyim hər hansı bir yekun qərarı tam dəstəkləyəcək, amma biz hələ bunun necə olacağını müzakirə etməmişik".