Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vens: Amerikanın hələ İrana qarşı istifadə etmədiyi vasitələri var

ABŞ-nin vitse-prezidenti C.D.Vens aprelin 7-də xəbərdarlıq edib ki, ABŞ-nin İrana qarşı “hələ istifadə etməyə qərar vermədiyi vasitələr”i var.

"ABŞ öz hərbi məqsədlərinə nail olub”, – Macarıstanda baş nazir Viktor Orbanla görüşən Vens jurnalistlərə deyib. O əlavə edib ki, indi vəziyyət Tehrandan asılıdır, növbəti addımlar hələ də nəzərdən keçirilir.

“Bizim hələ istifadəsinə qərar vermədiyimiz vasitələr var”, – deyə o, bir daha ABŞ-nin əlavə seçimləri olduğunu vurğulayıb.

Vitse-prezident əlavə edib ki, İran siyasətini dəyişməzsə, prezident hərəkətə keçə bilər.

Vens bu “vasitələrin” nədən ibarət olduğu barədə əlavə məlumat verməyib.