Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 50 min insan itkin düşüb
27 İyun 2026
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 920-yə çatıb.
Bu barədə Milli Assambleyanın (parlament) sədri Xorxe Rodrigez "EFE"yə məlumat verib.
Onun sözlərinə görə, daha 3300 nəfər yaralanıb.
BMT-nin humanitar məsələlər üzrə baş katibinin müavini Tom Fletçer isə bildirib ki, Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb.
"Bu, olduqca mürəkkəb bir xilasetmə əməliyyatıdır. 50 mindən çox insan itkin düşüb. Ona görə də dağıntıları təmizləmək nəhəng bir işdir", - deyə o əlavə edib.
"Agence France-Presse" (AFP) bildirib ki, hər yerdə dağılmış binalar və nəhəng dağıntı yığınları yaranıb. Ailələr hələ də dağıntılar altında qalmış ola biləcək insanları axtarmağa davam edirlər.
Venesuelada 24 iyun axşamı zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb.