Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqton, Brüssel və London Qarabağı Azərbaycanın bir hissəsi kimi görür - Erməni politoloq

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanda baş verənlər ölkənin daxili işidir, lakin Moskva vəziyyətin tezliklə nizamlanmasında maraqlıdır.

Erməni politoloq Alen Gevondyan bildirib ki, burada geridönməzlik məsələsi var.

Onun sözlərinə görə, Rusiya faktiki olaraq bəyan edib ki, Ermənistanda siyasi qeyri-sabitlik olduğu və daxili konsensus olmadığı müddətcə, Ermənistan-Azərbaycan nizamlanması məsələsində irəliləyiş əldə oluna bilməz.

“Bu isə o deməkdir ki, küçələrə çıxan müxalifət küçələrdə güc qazanmağa yox, Qarabağda dönməzlik həddinə çatmağa hazırlaşan hakimiyyətə müqavimət göstərmək problemini həll edir. Yeri gəlmişkən, aydındır ki, rəsmi Bakı, Ankara, İrəvan, eləcə də Vaşinqton, Brüssel və London bu məsələdə həmfikirdirlər, yəni Qarabağı Azərbaycanın bir hissəsi kimi görürlər”, - deyə Gevondyan qeyd edib.