Üzü aşağı: Rusiya neft hasilatını günə 500 min barrel azaldacaq
10 Fevral 2023
Rusiya mart ayında neft hasilatını günə 500 min barrel azaldacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak fevralın 10-da deyib.
O hesab etdiyini bildirib ki, bu addım bazar münasibətlərinin bərpa olunmasına kömək edəcək.
Onun sözlərinə görə Rusiya buğun hasil etdiyi neftin hamısını sata bilir, amma bundan əvvəl deyildiyi kimi Moskva onun neftinə Qərb tərəfindən qoyulmuş qiymət tavanına birbaşa və ya dolayısı ilə riayət edən ölkələrə neft satmayacaq.
Novak bildirib ki, məhz bu səbəbdən Rusiya hasilatı könüllü şəkildə azaldır və gələcəkdə bazardakı vəziyyətə uyğun hərəkət edəcək.
“Dost olmayan ölkələr”
G7, Avropa İttifaqı və Avstraliya arasında əldə olunmuş razılaşmaya əsasən Rusiya nefti bir barrel üçün 60 dollardan baha satıla bilməz. Rusiya nefti üçün qiymət tavanı dekabrın 5-dən qüvvəyə minib.
Fevralın 5-dən isə Rusiyanın neft məhsullarına qiymət tavanı tətbiq edilir.
Bütün bu məhdudiyyətlərdən məqsəd Rusiyanın neft gəlirlərini və deməli onun müharibəni maliyyələşdirmək imkanlarını əngəlləməkdir.
Rusiya fevralın 1-dən “dost olmayan”, başqa sözlərlə onun neftinə qiymət tavanı qoyan ölkələrə neftin satışına qadağan qoyub.
Kommersant qəzetinin məlumatına görə ötən noyabrda, hələ Aİ-nin embarqosuna qədər Rusiya sutkada 11 milyon barrel neft hasil edirdi.
Dekabrda da bu həcm dəyişməmişdi. Yanvarda isə hasilat ötən ilin noyabr ayı ilə müqayisədə 0.4 faiz azalıb.
“Qeyri-şəffaf bazar”
Eyni zamanda ötən dekabrda Novak deyirdi ki, neftin hasilatı günə 500-700 min barrel və ya 5-7 faiz azala bilər.
Amma Rusiya nefti indiyədək, əsasən də Asiya bazarlarına satışı artırmaqla pis proqnozların bəzisindən yayına bilib.
Bu da qeyd olunmalıdır ki, yuxarı qiymət həddi qoyulandan bəri Rusiyanın neft bazarı qeyri-şəffaf olub.
Rəsmi rəqəmlərə görə Rusiya neftin bir barelini 47 dollara satmağa məcbur olub, amma ekspertlərin fikrincə real qiymət bir barrel üçün 70-75 dollar təşkil edir.
Rusiyanın Maliyyə Nazirliyi yanvar ayında bildirirdi ki, ölkənin neft gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz azalıb.
Nazirlik bunun səbəblərindən biri kimi neft qiymətinin azalmasını göstərirdi.
Bloomberg agentliyinin məlumatına görə Rusiyanın Urals markalı nefti dünya neft qiymətlərindən iki dəfə ucuzuna – bir barrel üçün 38 dollara satılır.